16 noyabr 2025 18:47
91

İtaliyada yay vaxtının daimi edilməsi nəzərdə tutulur

İtaliyada il boyu yay vaxtına keçid prosesinə başlanılıb.

“İki sahil” xəbər verir ki, İtaliya Deputatlar Palatasında yay vaxtını daimi etmək üçün qanun layihəsi hazırlamaq məqsədilə fakt araşdırması aparılıb və vətəndaşlar tərəfindən 350 mindən çox imza toplanılıb. Bununla bağlı noyabrın 17-də Deputatlar Palatasında iclas keçiriləcək. Qanun layihəsi təsdiqlənərsə, proses 2026-cı il iyunun 30-dək tamamlanacaq.

Mütəxəssislərin fikrincə, yay vaxtının il boyu saxlanılması illik təxminən 720 milyon kilovat/saat qənaət yarada bilər ki, bu da enerji xərclərinə 180 milyon avro qənaət deməkdir.

Bildirilir ki, Avropa Komissiyasının başlatdığı və 4,6 milyon vətəndaşın iştirak etdiyi ictimai məsləhətləşmənin nəticəsinə görə, iştirakçıların 84 faizi saat dəyişikliyinin ləğvini dəstəkləyir. 2004-cü ildən 2025-ci ilədək yay vaxtına keçid enerji xərclərinə ümumilikdə 2,3 milyard avro qənaət etməyə səbəb olub.