Fransa və Ukrayna nümayəndələri bazar ertəsi ilk dəfə Parisdə keçiriləcək görüşdə pilotsuz uçuş aparatları istehsalı sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edəcəklər.
“İki sahil” xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot "France Inter" radiosunun efirində bildirib.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı Fransa ilə tarixi razılaşmanın hazırlandığını açıqlamışdı.
Zelenski Avropa turnesi çərçivəsində noyabrın 17-də Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşəcək.
ABŞ noyabrın sonuna kimi Çinlə nadir metallar üzrə saziş imzalanacağına ümid edir