16 noyabr 2025 16:16
136

Ağdərə rayonunda mina hadisəsi baş verib, 1 nəfər xəsarət alıb –  BİRGƏ MƏLUMAT

İşğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində noyabrın 16-sı mina hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN), Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb.

Bildirilib ki, 1990-cı il təvəllüdlü Bərdə kənd sakini Natiq Namiq oğlu Əliyev minalardan təmizlənməmiş ərazidə piyadaəleyhinə mina partlayışı nəticəsində ayağından xəsarət alıb.

Faktla bağlı Ağdərə Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırıb.

***

Ağdərə rayonunda mina partlayışı baş verib.

Bərdə rayonunun Kələntərli kənd sakini Əliyev Natiq Namiq oğlu Ağdərənin Sırxavənd kəndində minaya düşüb.

Yaralı Bərdə Şəhər Mərkəzi Xəstəxanasının Diaqnostika şöbəsinə yetişdirilib və əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

"Report"