15 noyabr 2025 20:40
114

Dövlətlərarası münasibətlərin yüksəlişini əhatələyən müsahibə

Azərbaycanın ikitərəfli siyasi münasibətləri yüksək səviyyədə davam etdirdiyi dövlətlrədən bi­ri də Özbəkistandır. Siyasi əsaslar üzərində formalaşan bu münasibətlər bütün istiqamətlərdə daha əhatəli səviyyədə davam etdirilir. İşğaldan azad edimiş ərazilərimizdə quruculuq işləri genişlənəndə bu prosesə qoşulan qardaş dövlətlərdən biri də Özbəkistan oldu. Onun Füzuli rayo­nun­da inşa etdiyi Mirzə Uluqbəy adına tam orta məktəb iki dövlət arasında mənəvi bağlılığın təzahürü kimi tarixləşdi. Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyevin Özbəkis­ta­nın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibə də bu münasibətlərin səmimiliyi müstəvisində izlənildi.

Azərbaycan Respublkasının Prezidenti cənab İlham Əliyev müsahibədə Azərbaycanın Mər­kə­zi Asiya Dövlət Başçılarının Məşvərət görüşündə sayca üçüncü dəfə iştirakı olacağını, bu gün Xə­zər də­nizinin, sadəcə, coğrafi anlayış olmadığını, ölkələrimizi təkcə coğrafiyanın deyil, həm də tarixi-mədəni əlaqələrin, ortaq dini və mənəvi dəyərlərin, adət-ənənələrin birləşdirdiyini, Azər­bay­can­la Özbəkistan arasında münasibətlərin ən yüksək - müttəfiqlik səviyyəsində olduğunu, ... xatır­la­dan dövlət başçımız dedi ki, “Özbəkistan Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyib. Fürsətdən istifadə edərək, qardaş Özbəkistana Qarabağın bərpasına verdiyi töhfəyə, xüsusən də azad edilmiş Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən 600 şagirdin təhsil aldığı məktəbin tikintisinə görə minnətdarlığımı bildirirəm. Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü irəli sürən ilk ölkə, Prezident Mirziyoyev isə dünyada ilk lider olub. Biz bunu həmişə xatırlayacaq, ölkələrimiz və xalqlarımız arasında həmrəylik, dostluq və qardaşlıq jesti kimi qəbul edəcəyik”.

Azərbaycanın qardaş Özbəkistan ilə iqtisadiyyatın bütün sahələrində əməkdaşlığı daha da genişləndirəcəyini, ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərindən birinin - şaxələn­dirilmiş nəqliyyat və logistika infrastrukturunun inkişafı, tranzit imkanlarının genişlən­diri­l­məsi olduğunu, mədəni və humanitar əməkdaşlığın ölkələrimiz arasında dostluq və qardaşlıq münasi­bət­lərinin möhkəmləndirilməsində, həmçinin xalqlarımızın birbaşa əlaqələrinin genişləndirilmə­sin­də mühüm rol oynadığını xatırladaraq dedi: “...2023-cü ildə Azərbaycanda Özbəkistan Mə­də­niyyəti Günləri, 2024-cü ildə isə Özbəkistan Elm və Mədəniyyət Günləri keçirilib. Elə həmin il Özbəkis­tanda Azərbaycan Mədəniyyəti Günləri, Xivə şəhərində isə “Şuşa günləri” təşkil olunub. Bu tədbirlər xalqlarımızın zəngin mədəni irslərini bölüşmək, qarşılıqlı anlaşmanı dərinləşdirmək və bir-birinin mənəvi məkanını qarşılıqlı şəkildə zənginləşdirmək istəyini əks etdirir. Qardaş ölkəyə qarşıdakı səfəri səbirsizliklə gözləyirəm. Hər dəfə Özbəkistanın dinamik inkişafını və özbək xalqının əldə etdiyi heyranedici nailiyyətləri böyük məmnunluqla müşahidə edirəm. Həyata keçirilən genişmiqyaslı islahatlar və cəmiyyətin bütün sahələrinin ardıcıl müasirləşdirilməsi ölkənin nüfuzunun davamlı artmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsinə kömək edir. Bu nailiyyətlər dostum və qardaşım Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə hə­ya­ta keçirilən məqsədyönlü və düşünülmüş dövlət siyasətinin göstəricisidir”.

Dövlət başçımız müsahibəsində həyata keçirilən layihələr Azərbaycan ilə Özbəkistanın mədəni, humanitar sahələrdə güclü qardaşlıq münasibətlərini əyani şəkildə nümayiş etdirdiyini, xalqlarımız arasında dostluğun möhkəmlənməsinə, mənəvi və mədəni qarşılıqlı əlaqələrin daha da inkişafına xidmət göstərdiyini də xatırlatdı...

Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsa­hi­bə təkcə Azərbaycan-Ermənistan münasibətləri haqqında bilgi vermədi, həm də dövlətlərarası münasibətlərin yüksəliş mexanizmi haqqında gərəkli tezislərin mahiyyətini açıqladı...

Səbinə Xasayeva,

Milli Məclisin deputatı