14 noyabr 2025 15:31
61

 9 ayı ərzində 36 mindən çox nikah qeydə alınıb

Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən bu ilin 9 ayı ərzində 36332 nikah və 15480 boşanma halları qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə məlumatı Dövlət Statistika Komitəsi açıqlayıb.

Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı azalaraq 4,8-dən 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.