Hüquqi dövlətdə insan hüquq və azadlıqlarının təminatı mexanizmlərinin mövcudluğu mühüm əhəmiyyət kəsb edir.
“İki sahil” xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məqaləsində qeyd edib.
O bildirib ki, Konstitusiyada həmin hüquqlar və azadlıqlar hər kəsin doğulduğu andan malik olduğu ali dəyərlər kimi ifadə edilir və onlar toxunulmaz, pozulmaz və ayrılmaz elan olunur:
"İnsan və vətəndaş hüquq və azadlıqlarına etibarlı və davamlı təminat yaradan Konstitusiyanın ən böyük fəslində əsas hüquq və azadlıqlar, onların həyata keçirilməsi mexanizmləri, habelə ayrı-ayrı hüquqların qanuni məhdudlaşdırılmasının yol verilən hədləri ehtiva edilib".