03 noyabr 2025 11:29
97

Tramp Britaniya kral ailəsində baş verənlərə münasibət bildirib

ABŞ prezidenti Donald Tramp Şahzadə Endryunun titullarının əlindən alınmasından sonra Britaniya kral ailəsi ilə bağlı vəziyyəti "dəhşətli" adlandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb. 

Tramp jurnalistlərə bildirib ki, bu, kral ailəsinin başına gələn dəhşətli bir hadisədir.

30 oktyabrda Böyük Britaniya Kralı III Çarlz kiçik qardaşı Şahzadə Endryuya bütün titullarının əlindən alınmasını və Vindzordakı iqamətgahından qovulmasını əmr etdi.

Bu, həmçinin Virciniya Cuffre ilə bağlı qalmaqalla da bağlıdır.