03 noyabr 2025 10:21
116

Türkiyədə kibercinayətkarlara qarşı genişmiqyaslı əməliyyat: 539 nəfər saxlanılıb

Türkiyənin müxtəlif bölgələrində kibercinayətkar dəstələrə qarşı 10 gün davam edən əməliyyatlar zamanı 539 şübhəli saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin DİN rəhbəri Ali Yerlikaya rəsmi "X" səhifəsində paylaşım edib.

Məlumata görə, həmin şəxslər internetdə azyaşlıların əxlaqsız videolarını yaymaqda, onlayn dələduzluqda, qanunsuz mərc oyunlarının təşviqi və sair cinayətlərdə ittiham olunurlar.

Əməliyyatlar eyni vaxtda 59 vilayətdə həyata keçirilib.