03 noyabr 2025 04:04
127

ABŞ Venesuela yaxınlığındakı hərbi dəniz bazasını modernləşdirir

ABŞ Venesuelada mümkün hərbi əməliyyatlar üçün hazırlıqlar aparır.

“İki sahil” xəbər verir ki, bu barədə "Reuters" agentliyi təhlil etdiyi peyk görüntülərinə istinadən xəbər verib.

Məlumata əsasən, sentyabrın 7-də Puerto Rikoda yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Ruzvelt -Rouds Hərbi Hava Bazasında tikinti işləri başlanıb. Uçuş-enmə zolağına aparan yollarda səkilərin təmizlənməsi və dəyişdirilməsi işləri başlayıb.

Bundan əlavə, ABŞ Amerika Virgin Adalarının tərkibində olan Puerto Riko və Sent-Krua şəhərlərində mülki hava limanları infrastrukturunu genişləndirir. Bu ərazilər Venesueladan təxminən 800 km (500 mil) məsafədə yerləşir.