Filippinin Neqros adasında 5,5 maqnitudada zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 122 min nəfərin yaşadığı Bayavan şəhərindən 29 kilometr şimalda, ocağı isə 145 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilmir. Sunami xəbərdarlığı edilməyib.
Türkiyədə kibercinayətkarlara qarşı genişmiqyaslı əməliyyat: 539 nəfər saxlanılıb
“Novinky”: Çex Respublikasında dəmir yolu oğurluğu səbəbindən onlarla qatar dayandı