29 oktyabr 2025 12:33
129

ABŞ minlərlə əsgərini Rumıniyadan çıxarmağı planlaşdırır

ABŞ hərbi kontingentinin bir hissəsini Rumıniyadan çıxarmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə Ukraynanın "Kyiv Post" nəşri mənbələrə istinadla məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Tramp administrasiyası minlərlə Amerika əsgərini Rumıniyadan çıxarmağa hazırlaşır.

Qeyd olunur ki, ABŞ bu həftə qərarı barədə müttəfiqlərini məlumatlandırıb. Çıxarılma ilə bağlı rəsmi açıqlama yaxın günlərdə gözlənilir.

Bundan əvvəl "Politico" ABŞ-ın Avropadakı əsgər sayını 30% azaltmağı nəzərdən keçirdiyini bildirmişdi.