Mən məmnunam ki, regionumuza yeni nikbinliklə baxırıq. Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyin bərqərar olması yolunda irəliləyişin əlamətlərini görürük.
“İki sahil” xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyənin Cümhuriyyət Günü münasibətilə təşkil olunan tədbirdə söyləyib.
Onun sözlərinə görə, buraya Ermənistan və Azərbaycan arasında sülh sazişinin perspektivləri və tranzit məhdudiyyətlərinin aradan qaldırılması kimi vacib məsələlər daxildir.
"Biz, həmçinin Türkiyə və Ermənistan arasında normallaşma prosesində atılan müsbət addımları alqışlayırıq. Gürcüstan bu yeni sülh prosesinin regionda daha çox əlaqə, iqtisadi inkişaf, ticarət və insanlararası mübadilə imkanları yaradacağına qətiyyətlə inanır”, - deyə Papuaşvili vurğulayıb.