Şimali Koreyanın Baş Raketqayırma İdarəsi strateji "dəniz-yer" qanadlı raketlərini sınaqdan keçirib.
“İki sahil” xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
"Gəmidən buraxılmaq üçün modifikasiya edilmiş şaquli olaraq buraxılan qanadlı raketlər Sarı dəniz üzərindəki hava məkanında müəyyən bir trayektoriya boyunca 7800 saniyədən çox uçduqdan sonra hədəfə çatıb", - deyə bildirilib.
Qeyd olunur ki, sınaq partiyanın Mərkəzi Hərbi Komissiyasının sədr müavini Park Çon Çxon tərəfindən müşahidə olunub.
O, Şimali Koreyanın "nüvə qüvvələrini praktik hala gətirməkdə mühüm irəliləyişlər əldə etdiyini" bildirib.
Türkiyədə çökən binanın dağıntıları altından bir azyaşlının cansız bədəni çıxarılıb