Rusiyanın Çelyabinsk vilayətinin Kopeysk şəhərində müəssisədə baş verən partlayışda ölənlərin sayı 23 nəfər olub.
“İki sahil” Rusiya KİV-inə xəbər verir ki, bu barədə yerli hökumət orqanları məlumat veriblər.
Məlumata görə, 16 meyit tapılıb, daha 7 nəfərin qalıqları identifikasiya edilməlidir.
Partlayışla bağlı Rusiya İstintaq Komitəsi sənaye təhlükəsizliyi tələblərinin pozulması ilə bağlı cinayət işi açıb. Regional hökumət partlayışın dron zərbəsindən qaynaqlandığına dair versiyanı istisna edib.
Şalva Papuaşvili: AŞPA məruzəçilərinin bəyanatı impulsiv reaksiyadan başqa bir şey deyil