29 oktyabr 2025 18:39
114

Zelenski Ukraynanın suverenliyinə verdiyi dəstəyə görə Ərdoğana təşəkkür edib

Ukrayna Prezidenti Volodimir Zelenski Cümhuriyyət Günü münasibətilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və Türkiyə xalqını təbrik edib.

“İki sahil” xəbər verir ki, Ukrayna lideri bu barədə özünün "X" sosial media hesabında türkcə paylaşım edib.

V.Zelenski Ukraynanın Türkiyə ilə dostluq və səmimiyyətə əsaslanan münasibətlərini, eləcə də Qara dəniz bölgəsinin təhlükəsizliyi naminə həyata keçirilən əməkdaşlığı yüksək qiymətləndirdiyini vurğulayıb.

"Ukraynanın suverenliyi və ərazi bütövlüyünə verdiyiniz sarsılmaz dəstəyə, mühüm məsələlərdə nümayiş etdirdiyiniz prinsipial mövqeyə və davamlı sülhün bərqərar olması üçün göstərdiyiniz səylərə görə minnətdarıq", - Ukrayna Prezidenti qeyd edib.

Zelenski Türkiyənin uzun bir yol keçərək beynəlxalq münasibətlərdə aparıcı ölkələrdən birinə çevrildiyinə diqqət çəkib:

"Türkiyənin uğurlarının davamlı olmasını, qardaş Türk xalqına isə rifah və xoşbəxtlik arzulayırıq".