28 oktyabr 2025 15:40
141

Gürcüstanda Saakaşvilinin partiyası Konstitusiyaya zidd elan edilə bilər

Gürcüstanın hakim Gürcü Arzusu partiyası ölkənin Konstitusiya Məhkəməsinə iddia qaldıraraq keçmiş prezident Mixail Saakaşvilinin siyasi qüvvəsi olan Vahid Milli Hərəkatın konstitusiyaya zidd elan edilməsini tələb edib.

“İki sahil” RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili bildirib.

Brifinqi zamanı o, bildirib ki, Konstitusiya Məhkəməsinə müraciət edərək müəyyən partiyaların konstitusiyaya zidd elan edilməsini və onların fəaliyyətini qadağan etməsini istəyirik.

İddia Saakaşvilinin hakimiyyəti dövründə törədilmiş cinayətləri araşdıran parlament istintaq komissiyasının hesabatı əsasında qaldırılıb.

Oktyabrın əvvəlində Gürcüstanın Baş naziri İrakli Kobaxidze Saakaşvilinin partiyasının ölkədə "Maydan" təşkil etməyə cəhd etdiyini bildirib.