28 oktyabr 2025 15:04
129

Lavrov: Ümid edirik ki, Tramp Alyaska sammitində əldə edilən razılaşmalara əməl edəcək

Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ prezidenti Donald Trampın Alyaskada keçirilən Rusiya-Amerika sammitində əldə edilən prinsiplərə sadiq qalacağına ümid etdiyini bildirdi.

“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Onun sözlərinə görə, avropalılar hazırda ABŞ administrasiyasını danışıqlar yolu ilə həll ideyasından imtina etməyə inandırmağa çalışırlar.

Sergey Lavrov Minskdə keçirilən Avrasiya Təhlükəsizliyi üzrə Beynəlxalq Konfransında qeyd edib ki, Ukraynada silahlı münaqişəni uzadan, Kiyevə silahla yardım edən, ona maliyyə və siyasi dəstək verən NATO-nun avropalı üzvləridir.