27 oktyabr 2025 08:53
122

Braziliyadan Malayziyaya dəstək

Malayziya Krallığı BRİKS-ə tamhüquqlu üzv kimi qoşulmağa qərar verərsə, Braziliyanın dəstəyinə arxalana bilər.

“İki sahil” xəbər verir ki, bunu Cənubi Amerika respublikasının lideri Luiz İnasio Lula da Silva krallığa dövlət səfərinin yekunlarına dair mətbuat konfransı zamanı deyib.

"Malayziya Braziliyanın tam dəstəyinə arxalana bilər", - Silva əlavə edib.

Braziliya lideri bildirib ki, o, Malayziyaya səfərini ikitərəfli əməkdaşlığı davam etdirmək və ölkələr arasında ticarətin artımını təşviq etmək öhdəliyi ilə yekunlaşdırıb: "Mən Malayziyanın Baş naziri Ənvər İbrahimlə əla görüş keçirdim. Biznes nümayəndələri ilə görüşümdən də yaxşı təəssürat aldım".