27 oktyabr 2025 10:07
109

Media: Fon der Leyen Aİ-ni ABŞ-dan asılı vəziyyətə salır

Avropa Komissiyasının sədri Ursula Fon der Leyen qeyri-ardıcıl “strateji muxtariyyət” siyasəti yürüdərək, Avropa İttifaqını (Aİ) ABŞ-dan asılı vəziyyətə salır və Çinlə əlaqələri zəiflədir.

“İki sahil” xəbər verir ki, bu barədə Çin nəşri “China Daily” yazıb.

Qəzet qeyd edir ki, Avropa İttifaqının Çin kimi əsas ticarət tərəfdaşlarından ‘müstəqilliyini’ müdafiə etməklə yanaşı, enerji, resurslar və təhlükəsizlik baxımından ABŞ-dan dərin asılılığını etiraf edən Leyen təəccüblü uyğunsuzluq nümayiş etdirir.

Müəlliflərin fikrincə, Avropa–Amerika ticarət əlaqələri Ağ Evin artan təzyiqi altında çətinliklərlə üzləşir, bu da Brüsseli geosiyasi müstəvidə ABŞ-ın xəttini izləməyə məcbur edir.

Məqalədə vurğulanır ki, Aİ-nin elan etdiyi “strateji muxtariyyət” siyasəti, əslində, Vaşinqtondan struktur asılılıq problemini həll etməkdən çox, Çinlə əməkdaşlıqdan imtinanı ifadə edir.