26 oktyabr 2025 15:00
127

Çin sahillərində yük gəmisi batıb

Çinin cənubundakı Quandun əyaləti sahillərində yük gəmisi ilə konteyner gəmisinin toqquşması nəticəsində iki nəfər itkin düşüb.

“İki sahil” "Xinhua" agentliyinə istinadən xəbər verir ki, qəza Çjutszyan çayının mənsəbində baş verib. İnsident nəticəsində yük gəmisi batıb, 15 ekipaj üzvündən ikisini tapmaq mümkün olmayıb.

Gəminin batdığı ərazidə gəmiçilik müvəqqəti məhdudlaşdırılıb. Qəzanın səbəbləri araşdırılır, istintaq davam edir.