26 oktyabr 2025 10:16
109

Kanadanın ticarət naziri ABŞ ilə dialoqun davam etdiriləcəyinə ümid edir

Kanadanın ticarət naziri Dominik Leblan ABŞ Prezidenti Donald Trampın tarifləri 10 % artırmaqla bağlı təhdidinə baxmayaraq, Birləşmiş Ştatlar ilə konstruktiv dialoqun davam etdiriləcəyinə ümid edir.

“İki sahil” xəbər verir ki, Kanada rəsmisi bunu "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Son bir neçə həftə ərzində amerikalı həmkarlarımızla konstruktiv müzakirələr zamanı əldə olunan irəliləyişi davam etdirməyə hazırıq", - o yazıb.

Leblan qeyd edib ki, Ottava həm ABŞ-də, həm də Kanadada işçilərə və ailələrə fayda verəcək nəticələrə nail olmağa diqqət yetirir.

Onun fikrincə, irəliləyiş ən yaxşı şəkildə ABŞ administrasiyası ilə birbaşa əlaqə yolu ilə əldə edilir.

Daha əvvəl Donald Tramp Kanadanın Ontario əyalətinin reklamında ABŞ-nin 40-cı prezidenti Ronald Reyqanın tarifləri tənqid edən sözlərini işlətməsindən sonra Kanadaya qarşı mövcud səviyyələrlə müqayisədə 10 % tarif artımını elan edib.