25 oktyabr 2025 22:01
108

Vyetnamda ilk dəfə baş nazirin müavini qadın təyin olunub

Vyetnam Milli Assambleyası (birpalatalı parlament) keçmiş daxili işlər naziri Fam Txi Txan Çanın baş nazirin müavini kimi təyinatını təsdiqləyib.

“İki sahil” xarici mediaya istinadən xəbər verir ki, onların namizədliklərinin təsdiqlənməsi üçün səsvermə Hanoyda 15-ci çağırış Milli Assambleyanın 10-cu və son iclasında baş tutub.

Baş nazir Fam Min Çinin əlavə iki müavininin namizədliyini təsdiqləyən qətnamə iclasda iştirak edən 430 parlament üzvündən 429-nun dəstəyini qazanıb.

61 yaşlı Fam Txi Txan Ça ölkə tarixində ilk dəfə baş nazirin müavini postuna təyin edilən qadın olub. Son təyinatlardan sonra hazırkı kabinetin rəhbərliyi baş nazir Fam Min Çin və doqquz müavin də daxil olmaqla 10 üzvdən ibarətdir.