24 oktyabr 2025 20:17
135

İmamoğlu daha bir ittihamdan bəraət aldı

İstanbul Böyükşəhər Bələdiyyəsinin sabiq rəhbəri Ekrem İmamoğlu Beylikdüzü Bələdiyyə başçısı olduğu dövrdə 2015-ci ildə keçirilən tenderlə bağlı irəli sürülən “satınalma prosesinə müdaxilə etmək” ittihamı üzrə məhkəmədə bəraət qazanıb.

“İki sahil” xəbər verir ki, iş üzrə proses Böyükçekmece 10-cu Asliye Cəza Məhkəməsində baş tutub.

Belə ki, məhkəmə müdafiə tərəfinin açıqlamalarını dinlədikdən sonra İmamoğlunun günahsız olduğuna qərar verib.

Sözügedən iş Türkiyə Daxili İşlər Nazirliyinin 2022-ci ildə verdiyi cinayət şikayəti əsasında açılmışdı.

Prokurorluq həmin vaxt siyasətçiyə qarşı 7 ilədək həbs və siyasi fəaliyyət qadağası tələb etmişdi.