09 avqust 2026 16:58
96

Hövsanın su təchizatında fasilə yaranıb

Bakının Surxanı rayonunun Hövsan qəsəbəsinin bəzi ərazilərinin içməli su təchizatında gün ərzində müvəqqəti fasilə yaranıb.

“İki sahil” xəbər verir ki, bu barədə "İri Şəhərlərin Su Təchizatı" QSC məlumat yayıb.

Bildirilib ki, bu Suraxanı rayonundan keçən magistral xətdə baş verən qəzanın aradan qaldırılması işləri ilə bağlıdır.