24 oktyabr 2025 10:03
95

Qubadlının azad edilməsi mühüm dönüş nöqtəsi idi

Bu gün Qubadlı şəhərinin işğalından 32 il ötmür, onun erməni işğalçılarından təmizlənməsindən 5 il ötür. Qubadlının azad edilməsi Ali Baş  Komandanımız tərəfindən tarixi hadisə kimi qiymətləndirilir.  Qubadlıya öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi. Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi yaxınlaşdırdı.  Oktyabrın 25-də- Vətən müharibəsinin 29-cu günündə Azərbaycan Ordusu Qubadlı şəhərini və Qubadlı rayonunun daha bir neçə kəndini işğaldan azad edib. İşğaldan əvvəl Qubadlıda bir sıra iqtisadi fəaliyyətlər mövcud olub: taxıl, üzüm, tütün, bostan məhsulları becərilir, heyvandarlıqla məşğul olunurdu.

Qubadlı kənd təsərrüfatı rayonudur. Rayonda əsasən qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. “Yazı düzü”, “Gəyən” və “Məzrə” adlanan düzləri bol məhsullu torpaqlardır. Rayonun ərazisindən Bərgüşad, Həkəri və onların qollarının (Ağa çayı, Kiçik Həkəri, Meydandərəsi və s.) axması məhsuldarlığa xüsusi təsir edir.

Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev bildirib ki, hazırda bu cür fəaliyyətlərin bərpası üçün müəyyən işlər həyata keçirilir. Digər rayonlardan bir sıra iqtisadi üstünlükləri ilə seçilən bu zona Azərbaycanın iqtisadi və inklüziv inkişafında da ciddi rol oynayacaq.

Qubadlının azad edilməsi mühüm əhəmiyyət kəsb edirdi.  Qubadlı rayonu 1993-cü il avqust ayının 30-31-də erməni təcavüzkarlarının işğalına məruz qalmışdır. Nəticədə rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. Rəşadətli ordumuz sayəsində bu gün Qubadlı sakinləri doğma torpağa qayıtmağın sevincini yaşayırlar 44 günlük müharibədə Qubadlı rayonun düşməndən təmizlənməsi ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Silahlı Qüvvələrimiz Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15209 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Məlum olduğu kimi, tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı Prezident cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamı ilə işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis edilib. Sözügedən sərəncama əsasən 25 oktyabr Qubadlı Şəhəri Günü kimi müəyyən olub. Azərbaycan xalqı bu unudulmaz tarixləri bayram günü kimi qeyd edir. 

Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Qubadlı-Laçın avtomobil yolunun layihələndirilməsi və tikintisinin həyata keçirilməsi məqsədilə 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 20 milyon manat ayrılıb.

Müasir tələblər əsasında aparılan bərpa-quruculuq işləri  digər azad edilmiş ərazilərimiz kimi, Qubadlı rayonunun da timsalında aydın görünür.

Günün mübarək, Qubadlı!

Əsmayə Mikayıllı,
Xətai rayonu, R.Məmmədov adına 269 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi