Bu gün Misli Premyer Liqasında 9-cu tur start götürəcək.
“İki sahil” xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə "Karvan-Yevlax" "Turan Tovuz"u qəbul edəcək. Oyun saat 14:30-da başlayacaq.
Digər matçda isə "İmişli" "Kəpəz"in qonağı olacaq. Bu oyuna saat 17:00-da start veriləcək.
Misli Premyer Liqası,
9-cu tur
24 oktyabr (cümə)
14:30. “Karvan-Yevlax” – “Turan Tovuz”
Hakimlər: Elvin Bayramov, Şirmamed Mamedov, Kərim Zeynalov, Əli Əliyev
VAR: Əliyar Ağayev
AVAR: Teymur Teymurov
Şamaxı şəhər stadionu
17:00. “Kəpəz” – “İmişli”
Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Zöhrab Abbasov, İslam Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Qəbələ şəhər stadionu
25 oktyabr (şənbə)
16:00. “Araz-Naxçıvan” – “Sabah”
18:30. “Zirə” – “Sumqayıt”
26 oktyabr (bazar)
16:00. “Qəbələ” – “Neftçi”
18:30. “Qarabağ” – “Şamaxı”
Avropa çempionatı: Azərbaycanın iki boksçusu finala, biri yarımfinala yüksəlib