Keniyalı qaçışçı Rut Çepnqetiç antidopinq qaydalarını pozduğuna görə üç il müddətinə yarışlardan kənarlaşdırılıb.
“İki sahil” xəbər verir ki, bu barədə yüngül atletikada mənfi hallarla mübarizə üzrə müstəqil orqanın (Athletics Integrity Unit) Mətbuat Xidməti məlumat yayıb.
İdmançının dopinq nümunəsində hidroklorotiazid aşkarlanıb.
Qeyd edək ki, 31 yaşlı Çepnqetiç marafonda dünya rekordçusudur. O, 2024-cü ilin oktyabr ayında 42 km 195 m məsafəni 2 saat 9 dəqiqə 56 saniyəyə qət edib.
Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında çıxışlarını başa vurublar
Tacikistan millisinin baş məşqçisi: Biz əlimizə düşən imkanlardan yararlana bilmədik