23 oktyabr 2025 16:54
140

"Bavariya"da ayağı sınan futbolçu 5 aydan sonra məşqlərə qayıdıb

Almaniya millisinin və "Bavariya"nın futbolçusu Camal Musiala zədəsini sağaldıb.

“İki sahil” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 22 yaşlı hücumameyilli yarımmüdafiəçi artıq məşqlərə qayıdıb.

Lakin onun oktyabrın 25-də Bundesliqada Mönhenqladbax “Borussiya”sına qarşı keçiriləcək qarşılaşmada iştirak edib-etməyəcəyi hələ dəqiqləşməyib.

Xatırladaq ki, Camal Musiala iyulun 5-də klublararası dünya çempionatının 1/4 finalında Fransanın PSJ komandası ilə matçda ciddi zədə almışdı. Birinci hissənin sonunda rəqib qapıçı Canluici Donnarumma ilə toqquşma nəticəsində oyunçunun sol ayağının sümüyü sınmışdı.