Bu ilin III rübündə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 3,7 ton qızıl alıb və qızıl ehtiyatlarını 184,8 tona çatdırıb.
"İki sahil" bu barədə Fonda istinadən xəbər verir.
Məlumata görə, oktyabrın 1-nə ARDNF-in investisiya portfelində qızılın xüsusi çəkisi 32,8 % olub ki, bu da iyulun 1-i ilə müqayisədə 4 faiz bəndi çoxdur. Bu artımda qızıl alışı ilə yanaşı, onun qiymətinin artması da rol oynayıb.