22 oktyabr 2025 22:52
111

Mikayıl Cabbarov U23 dünya çempionatında medal qazanan güləşçiləri təbrik edib

Yunan-Roma güləşçilərimiz ilk dəfə U23 dünya çempionatında qızıl medal qazanmaqla yeni rekorda nail olublar.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov şəxsi "X" hesabında yazıb.

"Medalların əyarına görə özünün ən yaxşı nəticəsini gerçəkləşdirən komandamızın məşqçi heyətini, medal qazanan güləşçilərimizi və onların ailə üzvlərini təbrik edir, gələcək yarışlarda parlaq qələbələrinin davamını gətirmələrini arzulayırıq", - deyə M. Cabbarov bildirib.

Qeyd edək ki, Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında Azərbaycan yunan-Roma güləşçiləri – Elmir Əliyev (55 kq) və Ruslan Nurullayev (72 kq) müvafiq olaraq qızıl və bürünc meal qazanıblar.