21 oktyabr 2025 12:11
97

Naxçıvanda keçirilən konfrans çərçivəsində sərgi-satış yarmarkası təşkil olunub

Naxçıvanda “Bərabərlik və ədalət yolunda 30 il: nailiyyətlər və çağırışlar” mövzusunda keçirilən konfrans çərçivəsində sərgi-satış yarmarkası təşkil olunub.

Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və tədbir iştirakçıları yarmarkada nümayiş olunan əl işləri ilə yaxından tanış olublar. Təqdim edilən rəsm və əl işləri ziyarətçilərdə böyük maraq doğurub.

Yarmarkanın əsas məqsədi məhdud fiziki imkanlı şəxslərin və istedadlı qadınların yaradıcılıq potensialının nümayişi, eləcə də cəmiyyətə inteqrasiyası və iqtisadi fəaliyyətə cəlb olunmasına dəstək vermək olub.