10 avqust 2026 23:46
90

Azərbaycan-Ermənistan sərhəddində zəlzələ qeydə alınıb

Avqustun 10-da Azərbaycan-Ermənistan sərhədində, Ermənistan ərazisində zəlzələ baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Bildirilib ki, maqnitudası 3,8 olan zəlzələ yerli vaxtla saat 23:29-da qeydə alınıb.

Zəlzələlərin Tədqiqatı Bürosunun məlumatına əsasən, zəlzələ ocağının dərinliyi 7 kilometr olub.

Yeraltı təkanlar hiss edilməyib.