Böyük Britaniya Kralı Çarlz Mançesterdə oktyabrın 2-də insanlara qarşı hücumun törədildiyi sinaqoqu ziyarət edib.
“İki sahil” xəbər verir ki, Kral Çarlz faciə yerində qurbanların xatirəsini yad edib və yerli icma üzvləri ilə görüşərək onlara başsağlığı verib.
Xatırladaq ki, oktyabrın 2-də Mançesterin Hiton Park sinaqoqunda Yom Kipur mərasimi zamanı terror hücumu baş verib. Hadisə zamanı saxta intihar kəməri geyinmiş bir nəfər avtomobili izdihamın üzərinə sürüb, daha sonra bıçaqla ibadət edənlərə hücum edib. Bir neçə dəqiqə ərzində əraziyə çatan polis hücum edən şəxsi zərərsizləşdirib.