20 oktyabr 2025 15:46
81

Lavrov və Rubio arasında telefon danışığı olacağı gözlənilir

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yaxın vaxtlarda ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparacaq.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov qeyd edib ki, xarici işlər nazirləri arasında keçiriləcək görüşün yeri ilə bağlı hələlik razılıq yoxdur.