18 oktyabr 2025 18:36
147

Estoniya XİN: Azərbaycanla dostluq münasibətlərinə dəyər veririk

Estoniya Azərbaycanla əməkdaşlığın daha da möhkəmlənəcəyinə ümid edir.

“İki sahil” xəbər verir ki, Estoniya Xarici İşlər Nazirliyi "X" sosial şəbəkəsindəki səhifəsində bununla bağlı paylaşım edib.

"Estoniya Azərbaycan xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə səmimi qəlbdən təbrik edir. Biz dostluq münasibətlərimizi qiymətləndirir və gələcək əməkdaşlığa ümid edirik", - məlumatda deyilir.