Astanada Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın ikinci iclası keçiriləcək.
“İki sahil” xəbər verir ki, bunu Prezident İlham Əliyev Qazaxıstanın “Kazinform” agentliyinə müsahibəsində deyib.
İlk iclası Qazaxıstan Prezidentinin ötən il Azərbaycana dövlət səfəri zamanı keçirilən Ali Dövlətlərarası Şuranın əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bildirib: “Astanada keçiriləcək ikinci iclasda qarşılıqlı faydalı əməkdaşlığın perspektivləri və Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni səviyyəyə qaldırılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq”.
Azərbaycanın İrandakı səfirliyi ölkəyə qayıtmaq istəyənlərə bildiriş ünvanlayıb
Prezident işğal dövründə Ermənistanın 60 min hektar meşə fondunu məhv etməsini qabardıb
Ceyhun Bayramov Cibuti XİN başçısı ilə ikitərəfli münasibətləri müzakirə edib