ABŞ Prezidenti Donald Trampın ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşü 2,5 saat davam edib.
“İki sahil” xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb. Qeyd olunub ki, görüş gözlənilməz şəkildə başa çatıb.
“Düşünürəm ki, görüşümüz başa çatdı. Gələn həftə nə olacağını görəcəyik”, - deyə Tramp görüşün sonunda bildirib. Portalın qeyd etdiyinə görə, Tramp bu sözlərlə Zelenskiyə Budapeştdə Rusiya Prezidenti Vladimir Putinlə planlaşdırılan görüşü xatırladıb.