18 oktyabr 2025 13:24
137

Azərbaycanın qara metal idxalı və ixracı azalıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 68,584 milyon ABŞ dolları dəyərində 65,3 min ton qara metallar və onlardan hazırlanan məmulatlar ixrac edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, sözügedən məhsulların ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 724 min ABŞ dolları və ya 1,1% artıb, həcm baxımından isə 7,7 min ton və yaxud 10,6% azalıb.

Hesabat dövründə ixrac olunan qara metallar və onlardan hazırlanan məmulatların ümumi ixracda xüsusi çəkisi 0,37%, qeyri-neft sektoru üzrə xüsusi çəkisi isə 2,59% təşkil edib.

Eyni zamanda 2025-ci ilin ilk doqquz ayında Azərbaycana 815,262 milyon ABŞ dolları dəyərində 692,3 min ton qara metallar və onlardan hazırlanan məmulatların idxal edilib. Sözügedən məhsulların idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 58,3 milyon ABŞ dolları və ya 6,7%, həcm baxımından isə 69,9 min ton və yaxud 9,2% azalıb.