18 oktyabr 2025 09:58
121

Başqırdıstanda partlayış nəticəsində üç nəfər ölüb

Başqırdıstanın Sterlitamak şəhərində "Avanqard" müdafiə sənayesi zavodunda baş verən partlayış nəticəsində üç nəfər həlak olub.

“İki sahil” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Başqırdıstanın Baş naziri Andrey Nazarov bildirib.

Bundan başqa, doqquz nəfər xəsarət alıb, beş nəfər xəstəxanada müalicə alır.

"Xəstəxanaya yerləşdirilmiş doqquz nəfərdən dördü evə buraxılıb, beş nəfərin müalicəsi davam edir", - o qeyd edib.