18 oktyabr 2025 09:52
130

WSJ: Vaşinqton ölkədə istehsal olunmayan mallara tətbiq edilən rüsumların ləğvi imkanını araşdırır

Donald Tramp administrasiyası ABŞ-də istehsal olunmayan malların idxalına tətbiq edilən rüsumların ləğvi və ya azaltmaq imkanını nəzərdən keçirir.

“İki sahil” xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrinə istinadən məlumat yayıb.

Nəşr qeyd edib ki, son həftələrdə Tramp onlarla məhsulu "cavab rüsumları" adlanan tədbirlərin təsirindən çıxarıb və əgər onları təchiz edən ölkələr Vaşinqtonla sazişlər bağlayarsa, yüzlərlə digər məhsul növünə tariflərin ləğv edilməsini təklifini irəli sürüb.

Mənbələrin sözlərinə görə, Tramp administrasiyasının rəsmiləri arasında ABŞ-nin ölkə daxilində istehsal olunmayan mallara tətbiq edilən rüsumları azaltmalı olduğu fikri artmaqdadır.

WSJ qeyd edib ki, bu siyasət ABŞ-nin ticarət naziri Hovard Lutnikin Trampın cavab tarifləri üçün heç bir istisnanın olmayacağı barədə ilkin bəyanatlarından fərqlənir. Qəzetin fikrincə, yanaşmanın dəyişməsi ABŞ administrasiyasının noyabrda ABŞ Ali Məhkəməsinin Trampın bir çox rüsumlarını qeyri-qanuni hesab edə biləcəyinə hazırlaşmağa çalışmasına işarə ola bilər.