Xəsarət alan şəxs hadisənin Qonaqkənd qəsəbəsində baş verdiyini bildirib
Quba rayonunun Vladimirovka kənd sakini, 1989-cu il təvəllüdlü Azər İsgəndərov xırdabuynuzlu heyvanların saxlandığı təsərrüfatda olarkən ayı hücumuna məruz qalıb.
O, bildirib ki, heyvanları kolluq ərazidən çıxarmaq istəyərkən ayı ona hücum edib. Azər hadisə zamanı sağ ayağından və bədənindən yaralanıb. Onu sürüdə olan itlər və yaxınlıqdakı adamlar xilas edib. O, Təcili Tibbi Yardım Briqadası ilə Quba Rayon Mərkəzi Xəstəxanasının ACİL şöbəsinə gətirilib.
Qeyd edək ki, son dövrlərdə Qubada ayıların təsərrüfatlara və mal-qaraya hücum halları artıb. Ayılar artıq insanlara da hücum edir.
Aydın Adıgözəlov,
Quba, "İki sahil"in Şimal bürosundan
Paşinyan dəmir yolu konsessiyasının hissə-hissə satılması imkanını istisna etməyib
Putinin Kuril adalarına səfərinə görə Rusiyanın Tokiodakı səfiri Yaponiya XİN-ə çağırılıb
Moldova fermerləri Ukrayna taxılının tranzitinə tətbiq edilən güzəştə etiraz ediblər