Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki Aksu şəhərindən 160 km cənub-qərbdə 4,3 bal gücündə zəlzələ qeydə alınıb.
“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Qazaxıstanla sərhəddən təxminən 104 km aralıda yerləşib.
Episentrdə yeraltı təkanların gücü MSK-64 şkalası üzrə 5,3 bal olub.
əlzələlər, o cümlədən kifayət qədər güclü olanlar, vaxtaşırı Çinin Sincan-Uyğur Muxtar Bölgəsində, Monqolustanın həmsərhəd rayonlarında, Rusiyanın Tuva Respublikası, Altay Respublikasında və Buryatiyanın qərb hissəsində baş verir.