16 oktyabr 2025 10:13
123

Kanadanın şəhərləri su altında qalacaq - Alimlərdən qorxunc proqnoz

Okean səviyyəsinin durmadan artması 2100-cü ildən sonra sahilyanı şəhərlərin tamamilə su altında qalması ilə nəticələnə bilər.

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, belə bir nəticəyə Makgil Universitetinin (Kanada) alimləri gəlib.

Onların təxminlərinə əsasən, dəniz səviyyəsinin yarım metr qalxacağı təqdirdə Afrika, Cənub-Şərqi Asiya , Cənubi və Mərkəzi Amerikada 3 milyondan çox bina dağılma təhlükəsi ilə üzləşəcək. Suyun 5 metrə qədər qalxacağı təqdirdə isə - 45 milyon bina, 20 metr yüksələcəyi halda isə 136 milyondan çox bina məhv ola bilər.

Alimlərin qeyd etdiyinə görə, dəniz səviyyəsi yarım metr qalxarsa, 2150-ci ilə qədər sahilboyu binaların və yolların itirilməsi qaçılmaz olacaq. Məlumatına əsasən, sahil boyunca yerləşən 20 meqapolisdən 7-si artıq eroziya ilə üzləşir və sahil daşqınlarına məruz qalır.