16 oktyabr 2025 08:14
112

ABŞ Yaponiyanın Rusiya enerji resurslarının idxalını dayandıracağını gözləyir

ABŞ-ın maliyyə naziri Skott Bessent Yaponiyanın maliyyə naziri Katsunobu Kato ilə görüşdə deyib ki, ABŞ administrasiyası Tokionun Rusiya enerji təchizatından imtina etməsini gözləyir.

“İki sahil” xəbər verir ki, bu barədə Skott Bessent "X" sosial şəbəkəsində yazıb.

"Nazir Kato və mən ABŞ-Yaponiya iqtisadi əlaqələri və administrasiyanın Yaponiyanın Rusiya enerji resurslarının idxalını dayandıracağı ilə bağlı gözləntiləri ilə bağlı mühüm məsələləri müzakirə etdik", - deyə o bildirib.

S.Bessentin sözlərinə görə, nazirlər həmçinin ABŞ-Yaponiya Ticarət və İnvestisiya Sazişi çərçivəsində Yaponiyanın ABŞ-dakı strateji sərmayələrini səfərbər etmək planlarını müzakirə ediblər.