14 oktyabr 2025 08:50
117

"Microsoft" "Windows 10" əməliyyat sisteminə dəstəyi dayandırır

"Microsoft" korporasiyası bu il oktyabrın 14-dən "Windows 10" əməliyyat sisteminə dəstəyi dayandıracaq.

“İki sahil” xəbər verir ki, bu barədə korporasiya məlumat yayıb.

Bununla belə, mövcud əməliyyat sistemləri işləməyə davam edəcək.

Qeyd edilir ki, oktyabrın 14-dən sonra "Windows 10"dan istifadəni davam etdirmək təhlükəlidir, çünki yeniləmələr olmadan zərərli proqramlara yoluxma riski artır.