Azərbaycan millisi bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununu keçirəcək.
“İki sahil” xəbər verir ki, D qrupunda qərarlaşmış millimiz 4-cü tur çərçivəsində Ukrayna yığmasının qonağı olacaq.
Polşanın “Krakoviya” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Oyunu Avstriyadan olan hakimlər briqadası idarə edəcək.
DÇ-2026-nın seçmə mərhələsi
D qrupu
13 oktyabr, 22:45.
Azərbaycan – Ukrayna
Baş hakim: Sebastyan Qişamer (Avstriya).
“Krakoviya” stadionu.
***
DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turu çərçivəsində Polşada keçiriləcək Ukrayna-Azərbaycan matçının start heyətləri bəlli olub.
Komandalar Bakı vaxtı ilə saat 22:45-də start götürəcək matça aşağıdakı heyətlə çıxacaq:
Ukrayna: 12. Anatolo Trubin, 2. Yuxim Konoplya, 13. İlya Zabarnıy, 22. Mikolo Matviyenko (k), 16. Vitali Mikolenko, 8. Ruslan Malinovski, 18. Yeqor Yarmolyuk, 15. Oleq Oçeretko, 9. Aleksey Hutsuyak, 19. Nazar Voloşin, 11. Artyom Dovbik
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 3. Elvin Cəfərquliyev, 14. Elvin Bədəlov, 4. Bəhlul Mustafazadə, 5. Anton Krivotsyuk, 13. Abbas Hüseynov, 7. Anatoli Nuriyev, 8. Emin Mahmudov (k), 15. Abdulah Xaybulayev, 17. Toral Bayramov, 19. Nəriman Axundzadə