Azərbaycan milli komandasının heyətində dəyişiklik baş verib.
“İki sahil” xəbər verir ki, millimizin futbolçusu Rahil Məmmədov Ukrayna yığması ilə keçiriləcək oyunöncəsi son məşqdə zədələndiyi üçün heyətdən çıxarılıb.
Qeyd edək ki, komandamız DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində bu gün Polşanın Krakov şəhərində Ukrayna seçməsi ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər