“Kəpəz” heyətinə yeni oyunçu cəlb edib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Gəncə təmsilçisi Rauf Hüseynlini heyətinə qatıb. 25 yaşlı müdafiəçi ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Rauf ötən mövsümü də “Kəpəz”də keçirib. O, 27 matça çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər