İspaniyanın "Real Madrid" klubunun futbolçusu Vinisius Juniorun evində yanğın baş verib.
“İki sahil” “Marca” nəşrinə istinadla xəbər verir ki, ilkin məlumata görə, buna elektrik naqillərində yaranan nasazlıq səbəb olub.
Yanğın zirzəmidə yerləşən saunanın asma tavanında başlayıb, otaq tamamilə yanıb. Hadisə yerinə iki yanğınsöndürən briqadası gəlib, alovun digər otaqlara keçməsinin qarşısı qısa zamanda alınıb.
Hadisə nəticəsində xəsarət alan və zəhərlənən olmayıb. Vinisius yanğın baş verən vaxt evdə olmayıb. O, hazırda Braziliya millisinin düşərgəsindədir.
Qeyd edək ki, Braziliya yığması oktyabrın 10-da Cənubi Koreya, 14-də isə Yaponiya ilə yoldaşlıq oyunları keçirəcək.
Mikayıl Cabbarov U23 dünya çempionatında medal qazanan güləşçiləri təbrik edib
Çempionlar Liqası: "Atletik" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb
Naxçıvanda Zəfər Gününə həsr olunmuş beynəlxalq reytinqli şahmat turniri keçiriləcək