08 oktyabr 2025 14:34
260

"Napoli"nin futbolçusu 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq

İtaliyanın "Napoli" klubunun və Slovakiya millisinin futbolçusu Stanislav Lobotka 3-4 həftə yaşıl meydanlardan kənarda qalacaq.

“İki sahil” "Sky Sport Italia"ya istinadən xəbər verir ki, buna səbəb yarımmüdafiəçinin A Seriyasında "Cenoa"ya qalib gəldikləri (2:1) matçda zədələnməsidir.

O, Slovakiya yığmasının DÇ-2026-nın seçmə mərhələsində keçirəcəyi növbəti oyunları buraxacaq.

Qeyd edək ki, Slovakiya millisi oktyabrın 10-da Şimali İrlandiya, üç gün sonra Lüksemburqla üz-üzə gələcək.